Şəmkirdə 18 yaşlı gəncin qanını tökdülər


14:05     22 Noyabr 2015 cc93a0fd-0f3a-49be-a3f8-acc8bde926d43.jpg

Şəmkir rayonunda 18 yaşlı gənc bıcaqlanıb.


Femida.az xəbər verir ki, hadisə rayonun Mahmudlu kəndin də baş verib. Kənd sakini 18 yaşlı Ruslan İsmayılov döş nahiyyəsinin kəsilmiş, deşilmiş yarası ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yaralı dərhal əməliyyat edilib və həkimlər onun vəziyyətinin ağır olduğunu bilidirirlər. Şəmkir rayon Polis Şöbəsinin apardığı əməliyyat tədbirləri nəticəsin də Ruslan İsmayılovu vuranın kimliyi müəyyən edilib. O, Mahmudlu kənd sakini 16 yaşlı Şəhriyar Muradovdur. İlkin ehtimal kimi hadisə münaqişə zəmnin də baş berib. Faktla bağlı araşdırma aparılır.

Bizi Twitter-dən izləyin: @trend_az

Açar sözlər:

Oxunub: 910