İranda iğtişaşların təşkilində təqsirli bilinənlər edam olunacaq
20:13 19 Noyabr 2019
İranda benzinin bahalaşması ilə bağlı baş verən iğtişaşların təşkilində təqsirli bilinən şəxslər edam olunacaq.
Femida.az -ın xəbərinə görə, bu barədə İranın Ali Rəhbəri Əli Xamneyiyə yaxınlığı ilə seçilən “Keyhan” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, iğtişaşların təşkilində təqsirli bilinərək saxlanılan şəxslər dindirmə zamanı etiraz aksiyalarının müqabilində pul aldıqlarını etiraf ediblər.
“İğtişaşların təşkilatçılarının törətdiyi cinayət əməli üsyandır. Hüquqa və şəriətə görə isə bunun cəzası edamdır”, - deyə qəzetin məlumatında qeyd olunub.
Qeyd edək ki, noyabrın 15-də gecə İranda davam edən iqtisadi böhranla əlaqədar benzin üçün norma tətbiq edilib, qiyməti qaldırılıb. İranda benzinin qiymətinin qaldırılması ölkənin bəzi şəhərlərində etirazlara səbəb olub. Aksiyalar zamanı polislə qarşıdurmalar da qeydə alınıb. Etirazçılar yollarda təkərlər yandırıb, avtomobillərin hərəkətinə əngəllər törədiblər.
İranın Tehran əyalətində benzinin bahalaşması ilə bağlı baş verən iğtişaşlarda təhlükəsizlik qüvvələrinin 3 nəfər əməkdaşı öldürülüb.
İğtişaşların təşkilində təqsirli bilinən şəxslər həbs olunub.
Oxunub: 533
Oxşar xəbərlər
- İrandan Azərbaycana 53 kq-a yaxın narkotikin gətirilməsinin qarşısı alınıb
- İranda məcburi hicaba qarşı kampaniya başlayıb
- İranda yol qəzası olub, 14 nəfər ölüb
- İranda yaşayış binasında partlayış olub, ölənlər var
- İrandan Azərbaycana narkotik gətirən şəxslərin məhkəməsi başlayır
- İrandan Azərbaycana 22 kq-dan artıq narkotikin keçirilməsinin qarşısı alınıb
- İrandan Azərbaycana gətirilən bibərdə virus aşkarlanıb
- İranda partlayış baş verib, ölənlər var
- İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxs sərhədçilərə bıçaqla xəsarət yetirməyə cəhd edib
- İrandan gətirilən ərzaqlıq kartofda karantin tətbiq edilən zərərverici aşkar olunub