Azərbaycan yığması Ukrayna ilə heç-heçə oynayıb
20:46 19 Noyabr 2019

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.
Femida.az -ın məlumatına görə, yığmamız Ukrayna ilə qarşılaşıb.
Serbiyalı baş məşqçi Milan Obradoviçin yetirmələri rəqibini “Dalğa Arena”da qəbul edib. Matçın ilk yarısı qolsuz başa çatıb.
Fasilədən az sonra millimiz hesabı açıb. Özan Can Kökçü qonaqların qapısına yol tapıb. 65-ci dəqiqədə Ukrayna yığması bərabərlik topunu vurub. Nazari Rusin fərqlənib – 1:1.
Qarşılaşma qollu heç-heçə ilə başa çatıb. Bu, Azərbaycan millisinin 2019-cu ildəki son görüşü olub və yığma ili heç-heçə ilə tamamlayıb.
U-21-lər arasında yoldaşlıq oyunu
19 noyabr
18:00. Azərbaycan - Ukrayna - 1:1
Hakimlər: Orxan Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Rəvan Həmzəzadə
Bakı. “Dalğa Arena” stadionu
Oxunub: 237
Oxşar xəbərlər
- Azərbaycan-Gürcüstan birgə ali məktəbi Tbilisidə yerləşəcək
- Azərbaycana narkotik keçirmək istəyən Gürcüstan vətəndaşı saxlanıldı
- Azərbaycanda ipotekanın orta aylıq məbləği rekord vurub
- Azərbaycan vətəndaşlığını necə əldə etmək olar? - Hüquqi YARDIM
- Azərbaycanda axtarışda olan şəxs saxlanılıb
- Azərbaycan XİN Finlandiyanı təbrik edib
- Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimləri keçiriləcək
- Azərbaycanda cinayәt törәdənlərin çoxu işləməyən və təhsilsiz şəxslərdir
- Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 11,8 milyon manat ayrılıb
- Azərbaycan və Ermənistan XİN başçıları arasında 4 saatlıq görüş