"Baklift-2"nin sabiq rəisi barəsində cinayət işi başlanıb


21:08     19 Noyabr 2019 19_11_19_1574183333.jpg

“Baklift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin rəisi olmuş Ruslan Dilanov barəsində cinayət işi başlanıb.

Femida.az -ın məlumatına görə, R.Dilanov külli miqdarda mənimsəmədə təqsirli bilinir.

İş üzrə zərərçəkən şəxs qismində “Lifttəmir” İstehsalat Birliyi tanınıb.

R.Dilanova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxs barəsində aparılan ibtidai istintaq başa çatdırılıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Ramella Allahverdiyevaya icraatına verilib.

Açar sözlər:

Oxunub: 208


Oxşar xəbərlər