Samuxda ağır qəza: Yaralı var


21:41     19 Noyabr 2019 1359952125_qeza-avariya-main.jpg

Samux rayonunda yol-nəqliyyat hadisəsi baş verib.


APA -nın məlumatına görə, hadisə Gəncə-Qarayeri yolunda qeydə alınıb.

Hərəkətdə olan Rusiya Federasiyasına məxsus dövlət qeydiyyat nömrə nişanlı “Wolsvagen passat” markalı minik avtomobili idarə etməni itirib, nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan 2002-ci il təvvəllüdlü Rzayeva Nərmin Taleh qızı xəsarət alıb. O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerində DYP əməkdaşları cəlb olunub. İlkin ehtimala görə, qəzaya səbəb yüksək sürət olub.

Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 561