Azərbaycan millisi antirekordunu təkrarlayıb


09:35     20 Noyabr 2019 19_11_20_1574228221.jpg


Azərbaycan milli komandası AVRO-2020-nin seçmə mərhələsini başa vurub.


Yığma 8 oyunda cəmi 1 xal toplayıb.

Bu, komandanın tarixində antirekordun təkrarıdır. AVRO-1996-dan başlayaraq beynəlxalq arenada çıxış edən yığma yalnız bir dəfə belə zəif çıxış edib.

İlk cəhddə - AVRO-1996-nın seçmə mərhələsində 1 xal toplayan milli 24 ildən sonra tsikli eyni nəticə ilə başa vurub.

Düzdür, həmin vaxt yığma indiki kimi 8 deyil, 10 görüş keçirib. Amma nəzərə alaq ki, onda komanda ev oyunlarını Azərbaycandan kənarda – Trabzonda keçirirdi.

Bu iki tsikl kimi DÇ-2006-da da qələbəyə həsrət qalan yığma tarixində 3-cü dəfə seçmə mərhələni qalib gəlmədən bitirib.

Femida.az

Açar sözlər: #milli   #futbol  

Oxunub: 607