Azərbaycan Cənubi Qafqaz boru kəməri ilə qazın ixracını artırıb


09:40     20 Noyabr 2019 rusqaz.jpg

Azərbaycan bu ilin yanvar-oktyabr aylarında Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsi ilə 8,4 mlrd. kubmetrə yaxın qaz nəql edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,4% çoxdur.


Femida.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən dövr ərzində ölkənin magistral qaz kəmərləri ilə 22 mlrd. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 17,9% artım qeydə alınıb.

Komitənin məlumatına əsasən, magistral qaz kəmərləri ilə nəql edilən qazın 38,1%-i Bakı-Tbilisi-Ərzurum boru kəmərinin payına düşüb.

Femida.az

Açar sözlər:

Oxunub: 404