"Qarabağ münaqişəsinin həlli bizim üçün də mühüm məsələdir" - ABŞ səfiri


09:46     20 Noyabr 2019 19_11_20_1574228812.jpg


"ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində son dərəcə maraqlıdır".


Bu barədə “Facebook” istifadəçilərinin suallarına canlı yayımda cavab verən ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer bildirib.

Diplomat "Dağlıq Qarabağ məsələsinə dair ABŞ ədalətli mövqe tutursa, onda niyə Ermənistana qarşı nəinki sanksiya tətbiq etmir, hətta işğalçı ölkəyə maliyyə yardımı göstərir?” sualına belə cavab verib: “Sizi inandırım ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ABŞ üçün də mühüm əhəmiyyət daşıyır. Həmçinin, bu məsələni keçirdiyim hər görüşdə müzakirə edirəm. ABŞ ATƏT-in Minsk qrupunun həmsədridir və bu baxımdan hər iki tərəflə əməkdaşlıq edir, münaqişənin dinc yolla həlli yollarını axtarmaq öhdəliyinə sadiq olduğunu göstərir. Atdığımız addımlar Helsinki Yekun Aktı çərçivəsindədir".

“Bir daha ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olduğunu vurğulamaq istərdim. Əslində sanksiya tətbiq etməkdənsə, tərəflər arasında təmasların qurulması üçün və son nəticədə münaqişənin həllinə nail olmaq üçün hər iki tərəflə çalışmağı üstün tuturuq”, - səfir vurğulayıb. (Report.az)

Femida.az

Açar sözlər: #ABŞ   #səfir   #Qarabağ  

Oxunub: 427