Türkiyədə ev alan azərbaycanlıların sayı azalıb
10:29 20 Noyabr 2019
Bu ilin oktyabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 125 mənzil alıb.
Femida.az-ın Türkiyənin Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu, 2018-ci ilin oktyabr ayı ilə müqayisədə 52 mənzil və ya 29,4% azdır.
Bu ilin yanvar-oktyabr ayları ərzində isə Azərbaycanın 954 vətəndaşı Türkiyədə mənzil alıb. Bu, 2018-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 14 mənzil və ya 1,5% çoxdur.
Qeyd edək ki, ümumilikdə oktyabr ayında 4 311 xarici vətəndaş Türkiyədə mənzil alıb ki, bu da 2018-ci ilin eyni ayı ilə müqayisədə 2 016 ədəd və 31,9% azdır.
Bu ilin yanvar-oktyabr aylarında Türkiyədə 36 579 ədəd əmlak xarici vətəndaşlara satılıb ki, bu da 2018-ci ilin 10 ayı ilə müqayisədə 5 867 ədəd və ya 19,1% çoxdur.
Türkiyədə ən çox mənzil alan xarici vətəndaşların sayına görə İraq siyahıda ilk yerdə qərarlaşıb. Bu ilin oktyabr ayında iraqlılar Türkiyədə 597, bu ilin 10 ayında isə ümumilikdə 6 124 mənzil əldə ediblər.
Siyahıda sonrakı yeri İran tutur. Bu ölkənin vətəndaşları oktyabr ayında 536, 2019-cu ilin yanvar-oktyabr ayları ərzində isə 4 160 mənzil satın alıblar.
İlk üçlüyü isə rusliyalılar tamamlayır. Bu ölkənin vətəndaşları ötən ay Türkiyədə 292 mənzil, bu ilin 10 ayı ərzində isə 2 231 mənzil əldə ediblər.
Femida.az
Oxunub: 506
Oxşar xəbərlər
- Türkiyədə ağır yol qəzasında 8 nəfər ölüb, 10 nəfər ağır yaralanıb
- Türkiyədə Ukrayna taxılı daşıyan Rusiya gəmisi saxlanılıb
- Türkiyədə xüsusi təhlükəli terrorçu zərərsizləşdirilib
- Türkiyədə mədəndə qəza olub, 10 nəfər yaralanıb
- Türkiyədə Azərbaycan hərbçilərinin qatıldığı təlimin növbəti mərhələsi başlayır
- Türkiyədə “Eren Abluka” əməliyyatı çərçivəsində 12 terrorçu zərərsizləşdirilib
- Türkiyədə sərnişin təyyarəsi təcili eniş edib
- Türkiyədən dəhşətli xəbər gəldi: Ölənlər və yaralılar var
- Türkiyədə zəlzələ olub
- Türkiyədə hərbçilərin olduğu avtomobil qəzaya uğrayıb, ölən və yaralananlar var