Azərbaycanda ictimai iaşə dövriyyəsi artıb


10:55     20 Noyabr 2019 2019/05/iase_1559130198.jpg

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın ictimai iaşə dövriyyəsi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,7% artaraq 1 251,5 mln. manat olub.


Femida.az-n Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə özəl sektorda ictimai iaşə dövriyyəsinin 42,2%-i hüquqi şəxslərin, 57,8%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb. Hüquqi şəxslər üzrə dövriyyə 2018-ci ilin eyni dövrü ilə müqayisədə 5,5% artaraq 522,8 mln. manat təşkil edib.

Femida.az

Açar sözlər: #İaşə  

Oxunub: 395