Azərbaycanda dizel yanacağı istehsalı 6% artıb
11:13 20 Noyabr 2019
Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 544,8 mln. manat təşkil edib.
Femida.az -ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu məbləğ əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə 4,8% azdır.
Hesabat dövründə neft məhsullarından avtomobil benzini istehsalı 947,6 min ton təşkil edib ki, bu da ötən ilin müvafiq dövründən 6,1% azdır. Bu il noyabrın 1-nə ölkədə 14,3 min ton hazır məhsul ehtiyatı olub.
Bu ilin 10 ayı ərzində 203,3 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 1,714 mln. ton dizel yanacağı, 98,9 min ton yanacaq mazutu istehsal edilib. Neft-kimya sənayesində istifadə üçün benzin istehsalı illik müqayisədə 19,4%, dizel yanacağı istehsalı 6,1% yanacaq mazutu istehsalı 33,8% çoxdur.
Hesabat dövründə ölkədə 490,8 min ton ağ neft, 18,9 min ton sürtkü yağları, 205,4 min ton neft bitumu, 198,3 min ton neft koksu istehsal edilib.
Ağ neftin istehsalında ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2%, sürtkü yağlarının istehsalında 83%, neft bitumunun istehsalında 16,9%, neft koksunun istehsalında 3,6% azalma qeydə alınıb.
Oxunub: 448
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib