52 çantadan 25 nəfərin meyiti tapıldı


11:22     20 Noyabr 2019 19_11_20_1574234235.jpg

Meksikanın Jalisko əyalətinin Tlajomulko kəndində yerləşən fermada 52 çantada beşi qadın olmaqla 25 nəfərin meyiti tapılıb.


Femida.az xəbər verir ki, əyalətin hüquq-mühafizə orqanlarından verilən məlumata əsasən, cinayət narko-kartel şəbəkəsi tərəfindən törədilib.

Altı meyitin ailələri tərəfindən tanındığı, digər qurbanların da şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində işlərin aparıldığı qeyd olunur.

Meksikada 2006-cı ildən narko-kartellərə qarşı aparılan əməliyyatlarda 300 min insan həyatını itirib.

Açar sözlər:

Oxunub: 498