Dəhşətli qəza - Körpə faciəli şəkildə öldü


14:41     22 Noyabr 2015 get_img2.jpg

Hacıqabul rayonu ərazisində dəhşətli yol qəzası baş verib.


Bu gün saat 8.00 radələrində Bakı-Qazax yolunun 125-ci km-də, Hacıqabul rayonunun Qarasu kəndi ərazisində “VAZ-2107” markalı avtomobillə “KamAZ” markalı avtomobil toqquşub.

Nəticədə “VAZ-2107”-də olan 3 nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.

Ölənlərdən biri Sabirabad rayonunun Yenikənd kənd sakini, 2015-ci il təvəllüdlü Əliyev Nurid Mənsim oğludur, Sabirabad rayonunun Yenikənd kənd sakini, 1975-ci il təvəllüdlü Əliyeva Dilarə Əhməd qızı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qəzada ölən digər şəxslərin adı dəqiqləşdirilir.

İlkin ehtimala görə qəzaya dumanlı hava şəraiti səbəb olub. (Apa)

Açar sözlər:

Oxunub: 810