“Azərbaycanda və regionda arbitraj və mediasiya” mövzusunda beynəlxalq konfrans keçirilib


11:27     20 Noyabr 2019 2019/02/kreslo-efv-komisyiyasi-yoxlama_1551342382.jpg


Femida.az xəbər evrir ki, Bakıda beynəlxalq hüquq şirkəti Hogan Lovells və Azərbaycanın ən böyük hüquq şirkətlərindən biri olan BHM Hüquq Şirkətinin təşkilatçılığı, Beynəlxalq Ticarət Palatasının və Rusiya və MDB Arbitraj Şəbəkəsinin dəstəyi ilə, “Azərbaycanda və regionda arbitraj və mediasiya” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfransda beynəlxalq ekspertlər, hüquq şirkətlərinin əməkdaşları, korporativ hüquqşünaslar və vəkillər iştirak eediblər.

Konfransı giriş sözü ilə açan BHM Hüquq Şirkətinin Direktoru Mehman Sultanov və Hogan Lovells şirkətinin partnyoru David Dunn qonaqları salamlayaraq hal-hazırda mübahisələrin alternativ həlli mexanizmlərinin inkişaf etdirilməsinin aktuallığı və əhəmiyyətini qeyd ediblər.

Daha sonra konfrans arbitraj və mediasiya mövzuları üzrə sessiyalarla davam etmişdir. BHM Hüquq Şirkətinin partnyoru Gülnar Qurbanovanın moderatorluğu ilə keçirilən arbitraj sessiyasında Giorgi Batlidze Gürcüstan, Anna Qrişçenkova Rusiya, Turqay Hüseynov isə Azərbaycanda arbitraj qanunvericiliyi və praktiki vəziyyət barədə təqdimat etdilər.

Hogan Lovells şirkətinin partnyoru Karl Pörnbacherin moderatorluğunu etdiyi sessiyada isə Sofi Tkemaladze Gürcüstan, Lilia Kloçenko Rusiya, Aleksandr Korobeynikov Qazaxıstan, Ruslan Mirzəyev isə Azərbaycanda mediasiya barədə təqdimatlar edərək nəzəri və praktiki biliklərini konfrans iştirakçıları ilə bölüşüblər.

Femida.az

Açar sözlər:

Oxunub: 617