İsrail hərbi qüvvələri Dəməşqi bombaladı


11:46     20 Noyabr 2019 19_11_20_1574236045.jpg

İsrail hərbi təyyarələri 20 noyabra keçən gecə Suriya ordusuna və İslam İnqilabı Keşikçilərinin “Əl-Qüds” batalyonuna məxsus mövqelərinə zərbələr endiriblər.


Femida.az -ın “Haaretz” qəzetinə istinadən verdiyi xəbərə görə, hücum SAR tərəfindən yəhudi dövlətinin ərazisinə dörd raketin atılmasına cavab xarakteri daşıyıb.

Qeyd olunur ki, İsrail ordusu çərşənbə axşamı raketlərin atılmasını qeydə alıb, bütün mərmilər “Dəmir günbəz” hava hücumundan müdafiə sistemi tərəfindən tutulub. Hücumunun hədəflərindən biri də “Əl-Qüds” qərargahının olduğu Dəməşq hava limanının yaxınlığında yerləşən bina olub.

Mümkün qurban və yaralananlar barədə məlumat yoxdur.

Açar sözlər:

Oxunub: 524