Dillər Universitetinə daha bir prorektor təyin edildi
12:21 20 Noyabr 2019
Azərbaycan Dillər Universitetində (ADU) yeni kadr təyinatı olub.
Femida.az xəbər verir ki, bununla bağlı ADU-nun rektoru, akademik Kamal Abdulla müvafiq əmr imzalayıb.
Əmrə əsasən, professor Sevinc Zeynalova ali məktəbin Tədris işləri üzrə prorektoru vəzifəsinə təyinat alıb.
O, əvvəllər ADU-nun Elmi işlər üzrə prorektoru işləyib.
Qeyd edək ki, universitetin Tədris işləri üzrə əvvəlki prorektoru professor Əfqan Abdullayev olub. O, Təhsil Nazirliyinə təyinat alıb.
Femida.az
Oxunub: 647