Azərbaycanda mobil telefonla etibarnamə vermək mümkün olacaq


12:38     20 Noyabr 2019 2019/11/mobile_1574239224.jpg


Yaxın zamanda Azərbaycanda yeni mobil etibarnamə sistemi fəaliyyətə başlayacaq.


Femida.az-ın xəbərinə görə, bunu Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə deyib.

O bildirib ki, sistem noyabrın 22-dən fəaliyyətə başlayacaq:

"Vətəndaş nəqliyyat vasitəsi ilə bağlı 5 dəqiqə sərf etməklə istədiyi şəxsə istədiyi vaxt etibarnamə verə biləcək. Sistemdə vətəndaşın mülkiyyətində olan bütün nəqliyyat vasitələri görünəcək. Mobil tətbiq vasitəsi ilə avtomobili hər hansı şəxsə etibar edə biləcəksiz. Ödəniş edildikdən sonra məlumatlar avtomatik olaraq Dövlət Yol Polisinə gedəcək".

Femida.az

Açar sözlər: #Ədliyyə_Nazirliyi   #etibarnamə   #mobil  

Oxunub: 1203