Sabiq prezidentin oğlu mühazirə zamanı öldürüldü


12:41     20 Noyabr 2019 2019/11/5dd4f8b506edd_1574238140478644297_1000x669_1574239378.jpg

Almaniya Federativ Respublikasının sabiq prezidenti Rihard fon Vayszekkerin oğlu Frits fon Vayszekker klinikada mühazirə oxuyarkən bıçaqla silahlanmış şəxsin hücumuna məruz qalıb.


Femida.az RBB portalına istinadla xəbər verir ki, həkimlər ağır xəsarət alan Frits fon Vayszekkerin həyatını xilas edə bilməyiblər.

Cinayət Berlindəki Şarlottenburq rayonunda Vayszekkerin çalışdığı "Schlosspark-Klinik” xəstəxanasında törədilib. Naməlum şəxs qəflətən sabiq prezidentin oğluna yaxınlaşaraq onu bıçaqlayıb. Mühazirədə iştirak edən şəxslərdən biri cinayətkara mane olmağa çalışsa da, yaralanıb. Hadisə yerinə gələn təhlükəsizlik xidmətinin əməkdaşları cinayətkarı həbs edib. Təhqiqat aparılır. Cinayətin motivləri barədə məlumat verilmir.

Əlli doqquz yaşlı Frits fon Vayszekker 2005-ci ildən "Schlosspark-Klinik” xəstəxanasında terapiya şöbəsinin müdiri işləyidi. Atası Rihard fon Vayszekker 1984-1994-cü illərdə Almaniyanın federal prezidenti olub.

Femida.az

Açar sözlər:

Oxunub: 357