Özünü dənizə atdı


13:11     20 Noyabr 2019 big_1404314237_bogulma.jpg

Sumqayıtda intihara cəhdin qarşısı alınıb.


Bu barədə Femida.az-a FHN-dən bildirilib.

Xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində Dənizkənarı Bulvarın ərazisində 1 nəfər özünü dənizə atmağa cəhd edərək intihar etmək istəyini nümayiş etdirib. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.​

Femida.az


Açar sözlər:

Oxunub: 449