Göyçayda maşınlar toqquşub - 4 nəfər yaralandı


13:20     20 Noyabr 2019 qeza_yeni.jpg

Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az-ın xəbərinə görə, hadisə bu gün saat 12:00 radələrində Göyçayın Şəhadət kəndi ərazisində qeydə alınıb. "VAZ 2107" və "VAZ 2104" markalı minik avtomobillərinin toqquşması nəticəsində Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü İbadov İntiqam Yolçu oğlu, Mingəçevir şəhər sakini, 1969-cu il təvəllüdlü İsmayılova Xatirə Nadir qızı, Şəhadət kənd sakini, 1962-ci il təvəllüdlü Rəsulov İkram Çıraq oğlu, Şəkər kənd sakini, 1960-cı il təvəllüdlü Ələkbərov Kamil Məmməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 456