Usubov Moskvada təhlükəsizlik katibləri ilə bir arada - FOTOLAR


14:05     20 Noyabr 2019 2019/11/2de11-1574241004_6296977732.jpg


Rusiyanın paytaxtı Moskva şəhərində MDB ölkələri Təhlükəsizlik Şuraları katiblərinin VII görüşü keçirilir. İclasda Azərbaycanı Təhlükəsizlik Şurasının katibi Ramil Usubov təmsil edir.

Femida.az xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurası aparatının mətbuat xidməti məlumat yayıb. Görüş iştirakçıları tədbirdən öncə Kremlin divarı önündə naməlum əsgərin məzarını ziyarət ediblər.

Təhlükəsizlik Şuraları katibləri MDB məkanında regional təhlükəsizliyin təmin olunması və təhlükəsizlik şuraları xətti ilə beynəlxalq əməkdaşlığa dair mövzuları müzakirə edirlər.



Bundan əlavə, regional aspektdə görüş iştirakçıları xarici terrorçu döyüşçülərin yaratdığı təhdidlər, onların MDB ölkələri ərazisinə keçməsinin qarşısının alınması tədbirləri, eləcə də Birlik məkanında kimyəvi və bioloji təhlükəsizlik məsələlərini nəzərdən keçirəcəklər.

İclası giriş sözü ilə açan Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev birlik məkanında təhlükəsizliyi təmin etmək üçün tədbir iştirakçılarının mövcud problemlərin həllində birgə yanaşmaları işləyib hazırlayacaqlarını diqqətə çatdırıb.



Patruşev bildirib ki, budan əvvəlki iclasda hazırlanan tədbirlər terror təşkilatları haqqında analitik məlumat mübadiləsinin təşkili işinə əhəmiyyətli təkan verib.

Bundan əlavə, qeyd olunub ki, MDB ölkələrinin hərbi-texniki əməkdaşlığı və beynəlxalq terror təşkilatlarının fəaliyyətini dayandırmaq üçün birgə tədbirlərin hazırlanması istiqamətində müsbət inkişaf əldə edilib.



Femida.az

Açar sözlər: #Təhlükəsizlik   #Şuraları  

Oxunub: 636