Pərviz Şahbazov ABŞ-a səfər edib


14:45     20 Noyabr 2019 perviz_shahbazov_121017.jpg

Energetika naziri Pərviz Şahbazov noyabrın 21-də Vaşinqton şəhərində keçiriləcək “Əsrin müqaviləsi: 25 illik uğurlu fəaliyyət” adlı tədbirdə iştirak etmək məqsədilə ABŞ-a səfər edib.


Energetika Nazirliyindən Femida.az-a verilən məlumata görə, Xəzər Siyasət Mərkəzinin (Caspian Policy Center) təşkilatçılığı ilə keçirilən tədbirdə ABŞ, Azərbaycan və digər Xəzər regionu ölkələrinin dövlət rəsmiləri, enerji şirkətləri və biznes dairələrinin iştirakı gözlənilir.

P. Şahbazovla yanaşı, ABŞ-ın enerji nazirinin muavini Mark Menezes, ABŞ-ın enerji resursları üzrə dövlət katibinin muavini Fransis Fannon və digər yüksək səviyəli nümayəndələrin çıxışları nəzərdə tutulub.

Yubiley mərasimində “Əsrin müqaviləsi”nin Azərbaycanın iqtisadi yüksəlişindəki və Xəzər regionunun dünyanın digər regionları ilə iqtisadi əlaqələrinin gücləndirilməsindəki rolu, bugünədək bölgədə enerji təhlükəsizliyinin təmin edilməsi, ötən müddət ərzində əldə olunan təcrübələr, gələcəkdə regionun neft və qaz sektorundakı perspektivləri və imkanları müzakirə olunacaq.

Qeyd edək ki, tədbir çərçivəsində Energetika naziri Pərviz Şahbazovun bir sıra ikitərəfli görüşləri də planlaşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 284