Azərbaycanda minik maşını istehsalı 3 dəfə artıb


14:53     20 Noyabr 2019 masinbazari.jpg

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 227,5 mln. manatlıq məhsul istehsal edilib.



Femida.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 4,5% artıb, sair nəqliyyat vasitələrinin istehsalı 10,8%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 30,7% azalıb.

Dövr ərzində 899 ədəd traktor istehsal edilib ki, bu da 2018-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 26,3% azdır.

Bu ilin 10 ayında ölkədə 1 880 ədəd minik avtomobili istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,1 dəfə çoxdur. Bu ilin noyabrın 1-nə ölkədə 367 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Dövr ərzində ştanqlı quyu nasoslarının istehsalı 60,8%, fəvvarə armaturunun istehsalı 31,9%, mancanaq dəzgahlarının istehsalı 19,7% artıb.

Femida.az

Açar sözlər:

Oxunub: 491