Azərbaycanda vətəndaşı girov saxlayan Abbas Abbasova cinayət işi açıldı


15:13     20 Noyabr 2019 19_11_20_1574248437.jpg

Lənkəran rayonunda vətəndaşı qanunsuz azadlıqdan məhrum edən şəxs barəsində cinayət işi açılıb.


Femida.az -ın nməlumatına görə, Lənkran Rayon Polis İdarəsində rayon sakini Abbasov Abbas Babaş oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 145.1-ci, yəni, qanunsuz azadlıqdan məhrum etmə - adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə maddəsi ilə cinayət işi açılıb. Onun konkret kimi girov saxlaması və hansı məqsədlə bu əməli törətməsi məlum deyil.

Əgər günahı sübuta yetirilərsə Abbas Abbasovu iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Açar sözlər:

Oxunub: 262