Hacıqabulda kabel oğruları tutulub
15:21 20 Noyabr 2019
Hacıqabulda elektrik xətlərini kəsib oğurlayan 2 nəfər saxlanılıb.
Femida.az -ın məlumatına görə, oğurluq hadisəsi noyabrın 12-də gecə saatlarında Hacıqabul rayonu Ağacanlı kəndi ərazisində yerləşən Şirvan sakini Elşən Məlikova məxsus fermada baş verib.
Ferma sahibi ona məxsus təsərrüfatdan 1720 metr uzunluqda alüminium elektrik kabelinin (fəaliyyətdə olan elektrik xətlərini kəsməklə) oğurlanması barədə DİN-in “102” xidmətinə müraciət edib. Hacıqabul rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Bərdə şəhər sakini, 1986-cı il təvəllüdlü Fərəcov İlham Cəlal oğlu və Abşeron rayon sakini, 1979-cu il təvəllüdlü Şirinov Müşfiq Əhməd oğlu polis tərəfindən saxlanılıb. Oğurlanan kabellər maddi sübut kimi götürülüb.
Faktla bağlı Hacıqabul polis şöbəsində cinayət işi başlanılıb araşdırma aparılır.
Oxunub: 542
Oxşar xəbərlər
- Hacıqabulda avtomobillər toquşub, xəsarət alanlar var
- Hacıqabulda zəncirvari qəza olub, xəsarət alanlar var
- Hacıqabulda yol qəzalarında 3 nəfər xəsarət alıb
- Hacıqabulda itkin düşən 59 yaşlı qadın tapılıb
- Hacıqabulda qaydaları pozan COVID-19 xəstəsi barədə araşdırmalar aparılır
- Hacıqabulda zəncirvari qəzada 1 nəfər ölüb, 13 nəfər xəsarət alıb
- Hacıqabulda 20 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib, ölən və yaralananlar var
- Hacıqabulda postda avtomobildən silah-sursat, beşbarmaq götürülüb
- Hacıqabulda qanunsuz ov edənlər saxlanılıb
- Hacıqabulda oğurluq edən şəxs saxlanılıb