Azərbaycan-Rusiya sərhədində “Sərhəd-sipər” əməliyyatı keçirilir
15:21 20 Noyabr 2019
Azərbaycanın Rusiya ilə sərhəd rayonlarında “Sərhəd-sipər” əməliyyatlarına başlanıb.
Femida.az -ın verdiyi məlumata görə, genişmiqyaslı əməliyyatlar hüquq-mühafizə orqanları tərəfindən ölkənin şimal rayonlarında keçirilir. Rayonların girişində polis postları qurulub. Əməliyyatların bu həftənin sonunadək davam etməsi planlaşdırılır.
Əməliyyatlar Rusiya ilə Azərbaycan arasında qəbul olunmuş razılaşmaya əsasən aparılır. Tədbirlərin əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsi, transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktiki tədbirlərin icrasıdır.
Oxunub: 628
Oxşar xəbərlər
- Azərbaycan-Rusiya Birgə Komissiyasının tərkibi yenilənib
- Azərbaycan-Rusiya birgə demarkasiya komissiyasının 2022-ci il üçün iş planı təsdiqlənib
- Azərbaycan-Rusiya sərhədində keçirilən əməliyyatlarda axtarışda olan 69 nəfər tutulub
- Azərbaycan-Rusiya sərhədində “Sərhəd-sipər” əməliyyatı yekunlaşıb
- Azərbaycan-Rusiya biznes forumu keçirilib
- Azərbaycan-Rusiya İşgüzar Şurası toplandı
- Azərbaycan-Rusiya-Türkiyə əməkdaşlıq formatı yaranıb
- Azərbaycan-Rusiya əməkdaşlığı güclənir - Saziş imzalandı
- Azərbaycan-Rusiya sərhədində sıxlıq yaranıb
- Azərbaycan-Rusiya mədəni əlaqələri inkişaf edir