Gəmi partlayışında yaralıları xilas edən dənizçilər mükafatlandırılıb
16:05 20 Noyabr 2019
Mayda “SAIPEM” şirkətinin Xəzər dənizində boru düzmə əməliyyatları üçün istismar olunan “İsrafil Hüseynov” gəmisində partlayış baş verən zaman xəsarət alanların xilasedilməsi zamanı şücaət göstərən dənizçilərlə görüş olub.
Femida.az xəbər verir ki, görüşdə çıxış edən Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanov bildirdi ki, hadisə barədə Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə məlumat daxil olan andan etibarən xilasetmə əməliyyatlarının koordinasiyası, aidiyyəti qurumların hadisənin nəticələrinin aradan qaldırılmasına cəlb edilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi Milli Mərkəzin təcrübəli kapitanları tərəfindən təmin edilib.
Hadisə baş verən zaman pis hava şəraiti ilə əlaqədar helikopterin və sairə xilasedici vasitələrin cəlb olunması mümkün olmadığından “BUE CASPIAN LTD” şirkətinə məxsus “CITADEL” gəmisindən “İsrafil Hüseynov” gəmisinin yaralı personalını dərhal təxliyə etmək xahiş olunub. “CITADEL” gəmisinin kapitanı Elbrus İsmayılovun rəhbərliyi altında 17 nəfərdən ibarət gəmi heyət üzvləri hadisə zamanı yaralı personalın təxliyə olunmasında təqdirəlayiq şücaət nümayiş etdiriblər. Təxliyə zamanı xəsarət alanların sürətli və təhlükəsiz şəraitdə sahilə çıxarılaraq onlara yardım göstərilməsi təmin olunub.
“BUE CASPİAN LTD” Şirkətinin Azərbaycandakı nümayəndəliyi tərəfindən Dövlət Dəniz Agentliyinin rəhbərliyinə rəsmi müraciət ünvanlanaraq qəzada xəsarət alanların xəstəxanaya çatdırılması istiqamətində həyata keçirilən təxirəsalınmaz tədbirlər zamanı dənizçilərin göstərdiyi şücaətlə bağlı məlumat verilib.
Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanovun əmri ilə “Dəniz nəqliyyatında xilasetmə əməliyyatları zamanı göstərdiyi şücaətə görə” dənizçilər “Donanmanın fəxri işçisi” döş nişanı və Fəxri Fərmanlarla təltif ediliblər.
Femida.az
Oxunub: 754
Oxşar xəbərlər
- Melitopol şəhərində partlayış baş verib
- Kəlbəcərdə mina partlayışı ilə bağlı cinayət işi açılıb
- Bakı sakini qardaşının həyətinə qumbara atıb, partlayış olub
- Yəməndə silah anbarında partlayış olub, ölən və yaralananlar var
- “Location” gecə klubundakı partlayışla bağlı təqsirləndirilən şəxslərin məhkəməsi başlayır
- Rusiyanın Ukrayna ilə sərhədyanı şəhərində partlayışda 3 nəfər ölüb
- Cəbrayılda mina partlayışında xəsarət alan ANAMA əməkdaşı evə buraxılıb
- Kabildə məbəddə partlayış baş verib
- ABŞ-ın İraqdakı konsulluğunun binası yaxınlığında partlayış olub
- Kolumbiyada mədəndə partlayış nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb