Azərbaycanda 8,2 mlrd. kubmetr qaz istehlak edilib


18:11     20 Noyabr 2019 2019/11/596f51bd-2d45-4978-8f9c-179a57b9260c_1574251915.jpg

Bu ilin yanvar-sentyabr ayları ərzində ölkədə əmtəəlik təbii qaz ehtiyatları 20,2 mlrd. kubmetr olub.


Femida.az -ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, onun 88,6%-i hasilatın, 11,4%-i ilin əvvəlinə mövcud olan ehtiyatın hesabına formalaşıb. Belə ki, doqquz ayda qaz hasilatının həcmi 17,897 mlrd. kubmetr, ilin əvvəlinə mövcud ehtiyatın həcmi 2,303 mlrd. kubmetr olub.

Ehtiyatların 40,4%-i və ya 8,161 mlrd. kubmetri ölkə daxilində istehlak edilib. Hesabat dövründə ümumi ehtiyatın 43%-i və ya 8,686 mlrd. kubmetri ixrac olunub. Hesabat dövründə 3,1% və ya 626 mln. kubmetr itki olub, 13,5% və ya 2,727 mlrd. kubmetr cari ilin oktyabrın 1-i vəziyyətinə ehtiyat kimi qalıb.

Açar sözlər:

Oxunub: 231