Azərbaycana gələn turistlərin sayı 2.7 milyona çatıb
18:11 20 Noyabr 2019
2019-cu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanı ziyarət edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10.9% və ya 264 min nəfər artaraq təqribən 2.7 milyona çatıb.
Dövlət Turizm Agentliyindən Femida.az -a verilən məlumata görə, bu da 2019-cu ildə Azərbaycana gələn xarici vətəndaşların sayının 3 milyondan artıq olacağına əsas verir. Qonaqların böyük hissəsi Rusiyadan (təqribən 800 min nəfər) və Gürcüstandan (təqribən 600 min nəfər) gəlib. Bu iki ölkədən gələnlər Azərbaycanı ziyarət edən qonaqların 51.9%-ni təşkil edir.
Mərkəzi və Cənubi Asiyadan gələn xarici vətəndaşların sayında da müvafiq olaraq 47.9% və 37.8% artım müşahidə edilib. 2019-cu ilin oktyabr ayı ərzində Azərbaycanı 264 min nəfər xarici vətəndaş ziyarət edib ki, bu da 52 min nəfər və ya 24.7% artım deməkdir.
Ən yüksək artım 74.3%-lə İran və 65.1%-lə Orta Asiya ölkələri arasında qeydə alınıb. Mütləq sayda ən yüksək artım isə Gürcüstan (9.6 min nəfər və ya 18% artım) və Rusiyadan (9.2 min nəfər və ya 14.4% artım) gələnlər arasında müşahidə edilib.
Oxunub: 533
Oxşar xəbərlər
- Azərbaycana gətirilən Aİ-92 benzinin gömrük rüsumundan azad olunma müddəti başa çatıb
- Azərbaycana gələn Rusiya vətəndaşlarının sayı təxminən 3 dəfə artıb
- Azərbaycana narkotik keçirmək istəyən şəxs saxlanılıb
- Azərbaycana yaz fəsli gəlib
- Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik gətirmək istəyən şəxs tutulub
- Azərbaycana investisiya yatırımını asanlaşdıracaq sayt tezliklə istifadəyə veriləcək
- Azərbaycana giriş-çıxışına icazə verilən şəxslərin siyahısı genişləndirilib
- Azərbaycana daha bir neçə ölkədən uçuşlara icazə veriləcək
- Azərbaycana diri toyuqların gətirilməsinə qadağa qoyulub
- Azərbaycana ova gələn əcnəbilər üç kateqoriyaya bölünəcək