Göygöldə 2 avtomobil toqquşub, xəsarət alanlar var


17:12     20 Noyabr 2019 big_1405422456_qeza.jpg

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Gəncə-Göygöl-Toğanalı yolunun rayonun Aşıqlı kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “VAZ 2107” markalı avtomobil “Toyota Prado” markalı maşınla toqquşub. Qəza nəticəsində 1969-cu il təvəllüdlü Həsənova Məlahət Ağarza qızı və daha bir nəfər xəstəxanaya yerləşdirilib.

Hər iki yaralının vəziyyətinin ağır olduğu bildirilir.


Faktla bağlı Göygöl rayon polis şöbəsində araşdırma aparılır.(Apa)

Açar sözlər:

Oxunub: 468