Duman Bakıdan uçuşlara necə təsir edir? - Açıqlama


17:18     22 Noyabr 2015 tuman_aeroport_290114.jpg

Duman Heydər Əliyev Beynəlxalq Aeroportunda təyyarələrin qəbuluna və yola salınmasına təsir etməyib.


Femida.az xəbər verir ki, bu barədə Trend-ə aeroportdan bildirilib.

Məlumata görə, təyyarələrin uçuşu cədvələ uyğun həyata keçirilir.

"Təyyarələrin qəbulu və yola salınmasında gecikmə müşahidə olunmur. Aeroport normal rejimdə işini davam etdirir", - deyə aeroportda bildiriblər.

Açar sözlər:

Oxunub: 726