Gürcüstan prezidentindən Allahşükür Paşazadəyə hədiyyə - FOTO


19:59     20 Noyabr 2019 19_11_20_1574257174.jpg


Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb.


Femida.az xəbər verir ki, bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Görüşdə dünya dini liderlərinin II Sammitinin Bakıda keçirilməsinin əhəmiyyəti müzakirə olunub.

QMİ sədri tədbirdə fəal iştiraka görə Gürcüstan tərəfinə minnətdarlığını bildirib.

Görüşün sonunda Z.Pataradze A.Paşazadəni 70, onun Şeyxülislamlıq fəaliyyətinin 40-cı yubileyi münasibətilə bir daha təbrik edib. Səfir Gürcüstan prezidenti Salome Zurabişvilinin adından yüksək keyfiyyətlə nəşr olunan “Pələng dərisi geymiş pəhləvan” kitabını QMİ sədrinə hədiyyə edib.



Femida.az

Açar sözlər: #Allahşükür   #Paşazadə  

Oxunub: 517