Körpəsini qoyub cəbhəyə gedən, onlarla yaralını xilas edən qəhrəman qadın: Gültəkin Əsgərova


17:48     20 Noyabr 2019 2019/11/gultekin_es_1574258251.jpg

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovanın doğum günüdür.


Femida.az xatırladır ki, Gültəkin Əsgərova 20 noyabr 1960-ci ildə Bakı şəhərində dünyaya göz açıb.

1985-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Əmək fəaliyyətinə 8 saylı təcili yardım stansiyasında başlayıb, 1991-ci ildən Uroloji kliniki xəstəxanada işləyib.

Gültəkin Əsgərova 1992-ci ilin aprelindən konüllü cəbhəyə yollanıb, Turşsu, Şuşa xəstəxanalarında, Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi fəaliyyət göstərib. Aranzəmin yüksəkliyi uğrunda gedən döyüşlərdə 19 iyun 1992-ci ildə qəhrəmancasına həlak olub. Gültəkin Əsgərova ailəli idi və bir qız övladı qalıb.



Gültəkin Əsgərova Azərbaycan Respublikası prezidentinin 20 noyabr 1993-cü il tarixli 31 saylı fərmanı ilə Əsgərova Gültəkin Məlik qızı ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Oxuduğu 200 saylı orta məktəbə onun adı verilib və büstü qoyulub, Xəzərdə üzən gəmilərdən biri qəhrəmanın adını daşıyır və gəmidə onun muzeyi yaradılıb, Bakının Nərimanov rayonundakı xəstəxananın önündə büstü qoyulub, bundan başqa Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin Tibbi biologiya kafedrası adını daşıyır və kafedrada xatirə lövhəsi vurulub.

Femida.az

Açar sözlər: #Gültəkin   #Əsgərova  

Oxunub: 2501