Gimnastika mərkəzindən oğurluq olub


20:53     20 Noyabr 2019 2019/11/05FC23DF-3EC3-49D2-AA56-EB8FA919B65B_1574269083.jpeg

Bakıda oğurluq hadisəsi baş verib.

Femida.az-ın APA-ya istinaden verdiyi məlumata görə, hadisə noyabrın 18-i günorta saatlarında Xətai rayonu Məzahir Rüstəmov 15 ünvanında yerləşən “Fialka Gimnastika Mərkəzi”ndə baş verib. Mərkəzin adminstratoru Flora Vlasovanın çantasından qızıl-zinyət əşyaları və pul oğurlanıb.

Oğru təhlükəsizlik kameralarına düşüb. Görüntülərdən belə məlum olur ki, oğurluq edən şəxs çantanı götürərək kameralar olmayan soyunub-geyinmə otağına keçib. Dəyərli əşyaları və pulu götürdükdən sonra çantanı yerinə qoyub və binanı tərk edib.

Gimnastika Mərkəzindən bildirilib ki, hadisə ilə əlaqədar ərazi üzrə 34-cü Polis Bölməsinə şikayət olunub.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 578