Bakıda avtomobil 27 yaşlı qadını vurub


09:08     21 Noyabr 2019 astarada-piyadan-vurub-ldrdlr_1.jpeg

Bakının Sabunçu rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.



Femida.az -ın məlumatına görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Minik avtomobili yolu keçmək istəyən 1992-ci il təvəllüdlü Miryaqubova Lamiyə Ağazeynal qızını vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Ona burnunun sınığı diaqnozu qoyulub.


Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 414