Rusiyalı futbolçu Türkiyədə itkin düşdü


09:13     21 Noyabr 2019 19_11_21_1574313211.jpg

Türkiyənin “Ankaragücü” klubunun rusiyalı oyunçusu Zaur Sadayev itkin düşüb.



Femida.az -ın “Sport Arena” nəşrinə istinadən məlumatına görə, futbolçu artıq bir neçə gündür klubla əlaqə saxlamır.

Komandanın baş məşqçisi Mustafa Kaplan jurnalistlərə açıqlamasında bildirib ki, Sadayevin telefonuna zəng çatmır. “O, fanatları qarşısında izahat verməli olacaq”, - baş məşqçi qeyd edib.

Xatırladaq ki, Sadayev “Ankaragücü”nə bu ilin fevralında icarə əsasında gəlib, iyun ayında isə müqavilə imzalayıb. Türkiyəyə köçənə qədər o, Qroznının “Axmat” klubunun tərkibində oynayıb.

Açar sözlər:

Oxunub: 613