Şəhid adından istifadə edib pul yığan şəxs barəsində araşdırma başladı


10:29     21 Noyabr 2019 19_11_21_1574318133.jpg


Şəhid adından istifadə etməklə paytaxtda dələduzluq əməllərilə məşğul olan şəxs barəsində mətbuatda yayılan məlumatlarla bağlı araşdırmalara başlanılıb.


Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Femida.az-a bildirilib ki, onun kimliyinin müəyyən olunması ilə bağlı müvafiq tapşırıqlar verilib.

Hazırda faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Qeyd edək ki, sosial şəbəkədə aprel döyüşlərində şəhid olmuş Mikayıl Vahabzadənin adından Bakıda maşın bazarı ərazisində bir nəfər şəxsin əlində yazılı kağız mağazaları gəzərək pul yığdığı barədə məlumat yayılıb.

Femida.az

Açar sözlər: #polis   #şəhid  

Oxunub: 602