Bakıda itkin düşən Türkiyə vətəndaşları tapıldı


10:55     21 Noyabr 2019 19_11_21_1574319344.jpg


Bakıda itkin düşən Türkiyə vətəndaşları tapılıb.


Türkiyədən Bakıya qonaq gələn Terikli Serhad Nizami rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək, arvadı, 1998-ci il təvəllüdlü Aytac Səmədovanın, övladı, 2019-cu il təvəllüdlü Terikli Fazil və bacısı qızı, 2003-cü il təvəllüdlü Tercan Eda ilə birlikdə itkin düşdüyünü bildirib.

Nizami rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində itkin düşən şəxslərin yeri qısa müddətdə müəyyən edilib və onlar ailələrinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. / APA

Femida.az

Açar sözlər: #itkin   #Türkiyə  

Oxunub: 415