Akif Çovdarovla birgə həbs olunan MTN-nin vəzifəli şəxsi azadlığa çıxdı


13:43     21 Noyabr 2019 19_11_21_1574329437.jpg


Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq idarə rəisi Akif Çovdarovla birgə həbs edilən MTN-in Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin zabiti Orxan Osmanov azadlığa buraxılıb.


Femida.az APA-ya istinadən xəbər verir ki, O. Osmanovun cəza müddəti başa çatdığından həbsdən azad edilib.

Qeyd edək ki, Akif Çovdarov və digərləri 2015-ci ildə həbs olunub.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq əməkdaşı, polkovnik Səlim Məmmədov 11, nazirliyin sabiq idarə rəisi, mayor Akif Əliyev 5, MTN-in şöbə rəisi olmuş kapitan Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum olunub.

Ali Məhkəmədə Akif Əliyevin 5 il azadlıqdan məhrumetmə cəzası 3 il 6 aya endirilib. O cəza müddəti başa çatdıqdan sonra azadlığa çıxıb.

Femida.az

Açar sözlər: #Çovdarov  

Oxunub: 684