Hakim vəzifəsinə namizədlər üçün test imtahanı keçiriləcək
14:22 21 Noyabr 2019
Dövlət İmtahan Mərkəzi ilə Hakimlərin Seçki Komitəsi tərəfindən hakim vəzifəsinə namizədlər üçün test imtahanı keçiriləcək
DİM -dən Femida.az-a verilən məlumata görə, hakim vəzifəsinə namizədlərlə test imtahanı noyabrın 23-də DİM-in Nəsimi rayonu A. Salamzadə küçəsi 28 ünvanında yerləşən binasında keçiriləcəkdir.
Hakim vəzifəsinə namizədlər «İmtahana buraxılış vərəqəsi»ni Dövlət İmtahan Mərkəzinin saytından çap edib götürə bilərlər.
İmtahan kompüterlər vasitəsilə elektron qaydada aparılacaq. İmtahan bitdikdən sonra namizədə nəticələri haqqında arayış təqdim olunacaq. İmtahanda 244 namizədin iştirakı nəzərdə tutulur.
İmtahana gələrkən namizədlər «İmtahana buraxılış vərəqəsi»ni və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaqdır.
Buraxılış rejiminin və namizədlərin yerləşdirilməsinin təmin olunması üçün namizədlər imtahan verilən binanın qarşısına saat 9.00-dan gec olmayaraq gəlməlidirlər. İmtahan saat 10.00-da başlayır.
İmtahanda namizədlərə 100 sual təqdim olunur və onların cavablandırılmasına 4 saat vaxt ayrılır. Hər bir imtahan sualı 1 balla qiymətləndirilir. Səhv cavabların sayı düzgün cavabların nəticəsinə təsir göstərmir. 60 və daha çox bal toplamış namizədlər imtahanın növbəti mərhələsinə buraxılırlar.
Femida.az
Oxunub: 404
Oxşar xəbərlər
- Lənkəran Şəhər İcra Hakimiyyətində əməliyyat keçirilib, saxlanılanlar var
- Məhkəmə hakimlərinə məzuniyyətə çıxarkən verilən pul vəsaiti azaldılıb
- Azərbaycanda məhkəmə hakimlərinin maaşı artırılıb
- Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SİYAHI
- Azərbaycanda 3 məhkəmə hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib - ADLAR
- Göyçay Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri ev dustaqlığına buraxılıb
- Bakıda arvadını öldürən sabiq hakimin cəzası azaldılıb
- Azərbaycan çempionatının oyununda hakimlər döyülüb
- Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 hakimi intizam məsuliyyətinə cəlb olunub
- Deputat Cavanşir Feyziyev məhkəməyə verilib