Şübhəli şəxslə təqsirləndirilən şəxs arasında hansı fərqlər var? - Hüquqi baxış


14:32     21 Noyabr 2019 19_11_21_1574332441.jpg

Oxucuların redaksiyamıza ən çox ünvanladığı suallar arasında şübhəli şəxs və təqsirləndirilən şəxs arasında hansı fərqin olması da var. Eyni zamanda bəzi oxucular saxlanılan şəxslə həbs edilən şəxsi fərqləndirməkdə çətinlik çəkirlər.



Femida.az xəbər verir ki, məsələ ilə əlaqədar açıqlama verən hüquqşünas Nemət Ağalarov bildirib ki, həm şübhəli şəxs, həm də təqsirləndirilən şəxs məhkəmə qərarı olmadan saxlanıla bilər.

Onun sözlərinə görə, şübhəli şəxs cinayət törətməkdə şübhəli bilinir və o, 48 saat ərzində şübhəli şəxs qismində saxlanılır: “Bundan sonra şübhəli şəxsin törətdiyi əməl sübuta yetirilirsə, ona qarşı ittiham elan edilir. O, hansısa cinayət əməlini törətməkdə təqsirləndirilir”.

N.Ağalarov qeyd edib ki, şəxsin cinayət törətməsi tam sübuta yetiriləndən sonra o, təqsirləndirici şəxs qismində cəlb edilərək ittiham olunur: “Ardından qətiimkan tədbiri seçilir. Şəxsin törətdiyi cinayət əməlindən asılı olaraq, həbs, ev dustaqlığı, başqa yerə getməmək haqqında iltizam seçilə, polisin nəzarəti altına verilə bilər. Şübhəli şəxsin barəsində qətiimkan tədbiri seçmək olmaz. Bu şəxs cinayət törətməkdə şübhəli bilinir. Ola bilər ki, o, 48 saat ərzində şübhəli şəxs qismində saxlandıqdan sonra sərbəst buraxılsın”.

Hüquqşünas mətbuatda bəzən saxlama və həbs anlayışlarının səhv salınaraq yanlış yazıların getməsinə də münasibət bildirib: “Saxlama odur ki, şəxs barəsində qətiimkan tədbiri seçilsin. Şübhəli şəxsin və təqsirləndirilən şəxsin saxlanılması o deməkdir ki, o həbs edilib. O, müəyyən müəddətə istintaq hərəkətlərinin aparılması üçün saxlanılır, eyni zamanda şübhə yaranır ki, şəxs saxlanılmasa, istintaq və məhkəmə orqanından qaçıb gizlənə bilər. Bu səbəbdən 48 saat ərzində müvəqqəti saxlanılır. Daha spnra törətdiyi əməl sübuta yetirilir və barəsində təqdimatla məhkəmədə vəsatət qaldırılır. Müstəntiq vəsatət verir ki, təqsirləndirilən şəxs barəsində həbs qətiimkan tədbiri seçilsin. Prokuror da, öz növbəsində təqdimatla məhkəməyə müraciət edir. Lakin məhkəmənin həmin təqdimatı təmin etməməsi mümkündür, şəxs barəsində yüngül (məsələn, ev dustaqlığı) qətiimkan tədbiri seçilə bilər. Məhkəmə təqdimatdan imtina edir, qətiimkan tədbirinin seçilməsini müstəntiqin səlahiyyətinə buraxır. Şəxs saxlanılanda müqətti saxlama təcridxanalarında saxlanılır və orada onunla istintaq hərəkətləri aparılır. Həbs seçiləndə isə gündəlik istintaq təcridxanasına yerləşdilir”.

Açar sözlər:

Oxunub: 1549