Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib


15:45     21 Noyabr 2019 2019/11/15743-1574336403_1574336774.jpg

Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 21-də Moskva şəhərindəki Aleksandr bağında naməlum əsgərin məzarını ziyarət edib.

Femida.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya paytaxtında Kremlin divarı yanındakı Aleksandr bağına gəldi. Moskva şəhərinin hərbi komendantı Yevgeni Seleznyov Azərbaycanın Birinci vitse-prezidentinə raport verdi.

Birinci vitse-prezident Mehriban Əliyeva Naməlum Əsgərin məzarını ziyarət edərək əbədi məşəl önünə əklil qoydu.

Azərbaycanın dövlət himni səsləndirildi. Sonra fəxri qarovul dəstəsinin keçidi oldu.

Femida.az

Açar sözlər:

Oxunub: 236