Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub - FOTO


15:50     21 Noyabr 2019 2019/11/15743339352684632111_1000x669_3148673904.jpg

Kürdəmirdəki Heydər Əliyev Mərkəzində Ədliyyə İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir olub. Tədbirdə ədliyyə işçiləri, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.


Femida.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, heykəlin önünə gül dəstələri düzüblər.




Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov peşə bayramı münasibətilə ədliyyə işçilərini təbrik edib, bu tarixi günün ulu öndər Heydər Əliyevin 2000-ci il noyabrın 11-də imzaladığı Sərəncamla təsis olunduğunu diqqətə çatdırıb. Ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin formalaşdığını vurğulayan icra başçısı bildirib ki, ümummilli lider Heydər Əliyevin yaratdığı siyasi xətti bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində Azərbaycan ədliyyəsinin inkişafı yolunda yeni nailiyyətlər əldə olunub.

İcra başçısı, eləcə də digər çıxış edənlər Azərbaycanda Ədliyyə Nazirliyinin bir struktur kimi formalaşması və inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən danışıblar.

Sonda rayonun bir qrup ədliyyə işçisinə rayon icra hakimiyyətinin başçısının fəxri fərmanı və qiymətli hədiyyələr verilib.





Femida.az

Açar sözlər:

Oxunub: 761