Nazir tələbələrin müalicəsini nəzarətə götürdü


16:30     21 Noyabr 2019 oqtay57.jpg

Zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə daxil olmuş tələbə Həmidə İbadova və Dürrubə Quliyevanın müalicəsi Səhiyyə Nazirliyinin rəhbərliyi tərəfindən nəzarətə götürülüb.

Femida.az-ın məlumatına görə, hazırda həmin şəxslərin stasionar şəraitdə müalicələri davam etdirilir.

Qeyd edək ki, bu gün Bakı Dövlət Universitetinin 2 nömrəli yataqxanasında zəhərlənmə hadisəsi olub. Hadisə barədə Təcili Tibbi Yardıma məlumat daxil olub. Həkimlər Mətbuat küç. 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar.

Huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. 1998-ci il təvəllüdlü Həmidə İbadova və kitabxanaçılıq fakültəsinin 4-cü kurs tələbəsi Dürrubə Quliyeva ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Digər tələbə, 1999-cu il təvəllüdlü Şəkər Faiq qızı Xasmətova isə dünyasını dəyişib.

Açar sözlər:

Oxunub: 505