Tələbə qızların zəhərlənməsi ilə bağlı cinayət işi açıldı
16:32 21 Noyabr 2019
Noyabrın 21-də Bakı Dövlət Universietinin 2 saylı yataqxanasında universitetin tələbələri - 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızının qidadan zəhərlənərək vəfat etməsi, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı və İbadova Həmidə Bünyamiddinovnanın zəhərlənərək Kliniki Tibbi Mərkəzə yerləşdirilməsi faktı ilə bağlı daxil olmuş məlumat əsasında dərhal polis, prokurorluq, Qida Təhlükəsizlik Agentliyinin əməkdaşlarının və məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, qida nümunələri götürülərək laborator müayinəsinə göndərilib.
Bakı şəhər prokurorluğundan Femida.az -a bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Tələbələrin zəhərlənmə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib.
Hadisə zamanı zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə daxil olmuş Həmidə İbadova və Dürrubə Quliyevanın müalicəsi Səhiyyə nazirliyinin rəhbərliyi tərəfindən nəzarətə götürülüb, stasionar şəraitdə müalicələri davam etdirilir.
Hazırda iş üzrə Qida Təhlükəsizlik Agentliyinin mütəxəsisləri cəlb edilməklə təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Femida.az
Oxunub: 944
Oxşar xəbərlər
- Tələbəni vurub öldürən avtobus “BakuBus”a məxsus imiş
- Tələbələrin köçürülməsi üzrə nəticələr açıqlanıb
- Tələbələrə şad xəbər: Fevralın 16-dan başlayacaq
- Tələbələrin təqaüdü artırıldı - SƏRƏNCAM
- Tələbələrin universitetə girişi belə tənzimlənəcək
- Tələbə krediti ilə bağlı tələb və güzəştlər məlum olub
- Tələbələrin COVID-19 pasportunun olması tələb olunacaq
- Tələbələrin köçürülməsinin qaydaları açıqlanıb
- Tələbələrin köçürülməsi üzrə nəticələr açıqlanıb
- Tələbə qız özünü dənizə ataraq intihar edib