Mehriban Əliyeva Putinlə görüşəcək


17:22     21 Noyabr 2019 mehriban.jpg

Moskvada rəsmi səfərdə olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Femida.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, görüş noyabrın 22-də baş tutacaq.

Xatırladaq ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 20-dən Rusiyada rəsmi səfərdədir. Bu gün Mehriban Əliyeva Moskva şəhərindəki Aleksandr bağında naməlum əsgərin məzarını ziyarət edib.


Femida.az

Açar sözlər:

Oxunub: 441