"Azərbaycanlı qaçqınların Qarabağa qayıtmaq hüququ var" - Zaxarova
17:46 21 Noyabr 2019
"ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndələrinin açıqlamalarında dəfələrlə göstərilib ki, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi planı bütün məcburi köçkünlərin və qaçqınların əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququnu təmin etməlidir".
Femida.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə azərbaycanlı qaçqın və məcburi köçkünlərin danışıqlar prosesində iştirakını və Dağlıq Qarabağa qayıtmalarını şərh edərkən deyib.
Danışıqlar formatı mövzusuna toxunan diplomat qeyd edib ki, bu sual iştirakçıların tərkibini müəyyənləşdirib razılığa gəlməli olan tərəflərə ünvanlanmalıdır: "İndi danışıqlar prosesi, bildiyiniz kimi, Azərbaycan və Ermənistan səviyyəsində aparılır və iki paytaxt arasında, iki dövlət arasında müvafiq razılaşmalar əldə olunarsa, biz də öz tərəfimizdən bu razılaşmaları dəstəkləyəcəyik. Bir daha qeyd edim ki, iki dövlət arasında əldə ediləcək razılaşmaları dəstəkləyəcəyik".
Femida.az
Oxunub: 522
Oxşar xəbərlər
- Zaxarova: "Rusiya Ukraynadakı münaqişənin həllində vasitəçilik roluna görə Türkiyəyə minnətdardır"
- ABŞ Mariya Zaxarova və Qod Nisanova sanksiya tətbiq edib
- Zaxarova: "Rusiya Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasına kömək etməkdə qərarlıdır"
- Mariya Zaxarova: “Krımın gələcəyi Rusiya ilə bağlıdır”
- Zaxarova NATO-nu AŞ-dən təbliğat vasitəsi kimi istifadədə günahlandırıb
- Aİ Solovyov və Zaxarovaya sanksiya tətbiq edə bilər
- Zaxarova: "Rusiya 3+3 mexanizmini dəstəkləyir"
- "Rusiya Azərbaycanla İran arasında gərginliyin azalmasına tərəfdardır" - Zaxarova
- Zaxarova: "Rusiya üçtərəfli bəyanatın bütün müddəalarına riayət edilməsinin tərəfdarıdır"
- "Ermənistan-Azərbaycan sərhədində gərginliyin azaldılması prioritetdir" - Zaxarova