Polislər məktəblilərin qonağı oldu


19:21     21 Noyabr 2019 19_11_21_1574345065.jpg

Xocavənd Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 4 saylı tam orta məktəbində şagirdlərlə “Narkomaniya ümumbəşəri bəladır”, “Erkən nigah və onun fəsadları” və “Dini radikalizmə qarşı mübarizə” mövzularında növbəti maarifləndirmə tədbiri keçirilib.


DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Xəyyam Mirhüseynov şagirdlərə narkomaniya və onun fəsadları ilə bağlı geniş məlumat verib, “ağ ölüm”ün ailə və cəmiyyət üçün yaratdığı ciddi problemləri diqqətə çatdırıb. O qeyd edib ki, narkomaniyanın qarşısının alınması üçün dövlət orqanları, ictimai təşkilatlar, təhsil işçiləri və valideynlər birgə mübarizə aparmalı, bu mövzuda maarifləndirici tədbirlər davamlı keçirilməlidir. Hər kəs bu istiqamətdə görülən işlərdə fəal olmalı, hüquq-mühafizə orqanları tərəfindən keçirilən profilaktiki tədbirlərdə iştirak etməlidir. Daha sonra rəis dini radikalizmin formalaşmasından və insanlar arasında yaratdığı təsirdən bəhs edib. Cəmiyyətdə əmin-amanığı, sabitliyi pozmağı özünə məqsəd seçən belə qruplaşmaların qurbanları əsasən gənclərdir. Gəncləri radikal qruplaşmaların yalanlarına, xurafat dolu vədlərinə, təxribatçılıq əməllərinə uymamağa və bütün bunlarla mübarizədə valideynləri fəal olmağa çağırıb.

Məktəbin direktoru Ülfət Nəsirov isə erkən nigahın səbəb olduğu problemlərdən söhbət açaraq, hər bir uşağın yaşamaq, təhsil almaq, müdafiə olunmaq hüquqları olduğunu vurğulayıb. Hər bir şagird öz hüquq və vəzifələrini bilməli, zərərli vərdişlərdən uzaq durmalıdır. Yeniyetmə və gənclərimiz yüksək təhsil almalı, müasir informasiya texnologiyalarından istifadə etməyi bacarmalı, idmanla məşğul olmalı, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda böyüməli, vətənpərvər kimi hər zaman ölkəmizin müdafiəsinə hazır olmalı, cəmiyyətdə sağlam fərdə çevrilməlidirlər.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Femida.az

Açar sözlər: #polis   #məktəb  

Oxunub: 731