Mingəçevirdə polisin bıçaqlanması ilə bağlı cinayət işi başlandı - TƏFƏRRÜAT
18:56 21 Noyabr 2019
Mingəçevirdə polisin bıçaqlanması ilə bağlı cinayət işi başlanıb.
Femida.az-ın məlumatına görə, hadisə ötən gün şəhərin Samux küçəsindəki Mingəçevir Turizm Kollecinin qarşısında qeydə alınıb.
Şəhər sakini, 1997-ci il təvəllüdlü İsmayılov Elyar İsmayıl oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə kollecin qarşısına gələrək orada mühafizəçi işləyən tanışı Ağayev Kənan İlham oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində E.İsmayılov üzərində gəzdirdiyi bıçaqla K.Ağayevə bir neçə bıçaq zərbəsi endirib.
Araşdırmalar zamanı məlum olub ki, E İsmayılov son vaxtlar narkotik vasitələr və cinayətkar aləmə meyilli olduğundan K.Ağayev onu bu yoldan çəkindirməyə çalışıb. Buna əsəbləşən E. İsmayılov K.Ağayevi bıçaqlayıb.
Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.
Qeyd edək ki, bıçaqlanan K. Ağayev mühafizə polisinin əməkdaşı olub.
Femida.az
Oxunub: 551
Oxşar xəbərlər
- Mingəçevirdə qanunsuz qum-çınqıl hasilatı işləri aparan şəxsin cinayət işi məhkəməyə göndərilib
- Mingəçevirdə qayda pozuntuları törədən 35 sürücü cərimələnib
- Mingəçevirdə qadın vətəndaşlara qarşı 30 min manata yaxın dələduzluq edib
- Mingəçevirdə qanunsuz balıq ovu ilə bağlı 5 cinayət faktı qeydə alınıb
- Mingəçevirdə koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıb
- Mingəçevirdə ana və azyaşlı övladları dəm qazından zəhərlənib, ölən var
- Mingəçevirdə saxta pul çap edən qadın və kişi saxlanılıb
- Mingəçevirdə keçmiş məhkumdan heroin götürülüb
- Mingəçevirdə kütləvi dava olub, iki nəfər bıçaqlanıb
- Mingəçevirdə yarımtikilidə meyit tapılıb