Saxta pul satan şəxsin məhkəməsi başlayır


21:16     21 Noyabr 2019 1398947325_mehkeme.jpg

Bakıda saxta pul satmaqda təqsirləndirilən Həsən Ələkbərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Femida.az-ın xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Novruz Kərimovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

H.Ələkbərov bu ilin əvvəlində 1 milyon saxta rus rublunu satmaq istəyərkən Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 204.2-ci (xeyli miqdarda saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə ittiham verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 493